05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml daha bir əsas müttəfiqini itirdi

16.03.2022

Hindistan Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Rusiyanın əleyhinə səs vermədi. Dehli bununla Kremllə münasibətləri gərginləşdirmək istəmədiyini nümayiş etdirdi.

"Devran Media"xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Hindistan Ukrayna məsələsində Çinlə eyni mövqedən çıxış etməklə Rusiyanı özündən uzaqlaşdırmaq istəməyib. Dehli Kremlin Çinlə Hindistan arasında balansı pozmamasını arzulayır:

"Buna baxmayaraq, Ukraynanın işğalı və müharibənin davam etməsi Pekin kimi, Dehlini də narahat edir. Ərazi bütövlüyü məsələsi Hindistan üçün də həssas mövzudur. Dehli bir başqa məkanda hər hansı dövlətin ərazi bütövlüyünün parçalanmasında maraqlı deyil.

Digər tərəfdən Dehli Kremlin Ukrayna məsələsində qıcıqlandırmaq istəməsə də, siyasi və hərbi əməkdaşlıq məsələlərində ABŞ-a, o cümlədən qonşuları Avstraliya və Yaponiyaya üstünlük verir. Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla hesablaşmağa başlayıb. Hindistanın böyük şirkətləri və bankları obyektiv səbəblərdən rusiyalı həmkarlarıyla əməkdaşlıqdan çəkinirlər”.