09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Əli və Nino" filmi Genuyada nümayiş etdirilib

02.02.2018

İtaliyanın Genuya şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi və Genuyadakı fəxri konsulluğunun birgə təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestsellerinin eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino” filminin nümayişi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Genuya şəhərində akkreditə olunmuş diplomatik korpus və fəxri konsulluqların təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta filmin süjet xətti və əhəmiyyətindən bəhs edib, həmçinin əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib.
İtaliyadakı səfirliyimizin əməkdaşı Erkin Heydərli çıxışında nümayiş olunan filmin yalnız sevgi hekayəsi deyil, həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən bəhs etdiyini qeyd edərək, onun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün işıqlandırılması baxımından əhəmiyyətini vurğulayıb. Filmin nümayişinin AXC-nin yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirən diplomat həmin dövr haqqında məlumat verib.
Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı təbliğat materialları paylanılıb, həmçinin Azərbaycan şərablarından nümunələr təqdim edilib.
DM