05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada müharibə bu tarixdə bitəcək – Jdanov

15.03.2022

Ukraynada müharibə bir neçə ay davam edəcək. Hazırda rus ordusu böyük itkilər verir, əsgərləri ruhdan düşür.

Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Oleq Jdanov deyib.

"İndi qaynar fazanın yalnız birinci mərhələsidir. Ukrayna ordusu Rusiyanın hücumunu dayandıra bilib. İkinci mərhələdə Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayacaq. Ən çətin mərhələ burda olacaq, çünki hücum döyüşləri müdafiə döyüşlərindən qat-qat çətin olur. Əks-hücumu daha bacarıqla qursaq, böyük itkilərdən qaça bilərik. Müharibənin əsas qaynar mərhələsi hələ qabaqdadır”, - Jdanov bildirib.

Jdanov qeyd edib ki, müharibə bir neçə həftəyə başa çata bilər:

"Əgər Rusiya hakimiyyəti devrilsə, o zaman Rusiyada yeni elita, keçid hökuməti ölkəni xilas etmək üçün müvəqqəti komitə yaradacaq. Bundan sonra Rusiya bizimlə razılığa gələ bilər və qoşunlarını həm Donbasdan, həm də Krımdan tamamilə çıxarar. Bu variant mümkündür, lakin onun ehtimalı 50/50-dir. Digər tərəfdən əgər biz yenidən Minsk-3, Donbas-1 və ya Krım-1 memorandumu imzalasaq, bu, sadəcə olaraq müharibəni bir neçə ay təxirə salacaq. Növbəti müharibə isə indiki müharibədən qat-qat qanlı və sərt olacaq. Bizə sürətli qələbə lazım deyil. Bizə Rusiyanın maksimum zəifləməsi lazımdır. Bu, təkcə ABŞ-ın deyil, bütün Qərbin əsas geostrateji məqsədidir. Putin şərtləri diktə etməməlidir. Məncə, sentyabra qədər biz bu müharibəni bitirə biləcəyik”.