Lavrovla danışdım, yaxşı xəbərlər gözləyirik - Çavuşoğlu 
    
                          
     
                         15.03.2022
 
    
                        					Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ahıska türkləri, Krım tatarları və digərlərinin təxliyəsi davam edir. Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Dünən gecə rusiyalı həmkarım Sergey Lavrovla danışdım. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”, - o deyib.