03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NK qərarı: ölkədə siqaretlər bahalaşacaq

15.03.2022

Bu qərar siqaretlərin qiymətində müəyyən artımlara gətirib çıxara bilər.

Bu sözləri iqtisadçı ekspert Elşən Bağırzadə "Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə edilən dəyişiklərlə bağlı danışarkən bildirib.

"Əgər aksiz dərəcələrində artım varsa, şübhəsiz ki, bu, qeyd edilən idxal məhsullarının da son bazar qiymətlərində müəyyən artıma gətirib çıxaracaqdır. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Azərbaycana idxal olunan siqaretin 86%-dən çoxu, idxal olunan tütünün də 80%-ə qədəri Ukraynadan gəlir. Bu idxalda da ciddi problemlərin olacağını nəzərə alsaq, onda ölkədə idxal siqaretlərin qiymətində əhəmiyyətli artım müşahidə oluna bilər", - ekspert qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti ötən gün "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün 43,0 manatdan 46,5 manata, istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədədi üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Qərar 30 gün sonra qüvvəyə minəcək.