03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müavinət və sosial yardım alanlara şad xəbər!

15.03.2022

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişini bu həftə yekunlaşdıracaq.

Nazirlikdən verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.