Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?  
    
                         
     
                         15.03.2022
 
    
                        Dünya praktikasında olduğu kimi, Azərbaycanda da qeyd olunan 3 fənn - tədris dili, riyaziyyat və xarici dil 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur və fənn kurikulumlar üzrə standartlarının tələblərinə əsasən həyati bacarıqlar daha çox bu fənlərin mənimsənilməsi nəticəsində əldə edilir. Ona görə də buraxılış imtahanları məhz bu 3 fənn üzrə keçirilir.
Bu sözləri DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
O qeyd edib ki, DİM buraxılış imtahanlarını keçirməyə başlayanda bu məsələ Təhsil Nazirliyi ilə də razılaşdırılmışdı:
"Hazırda buraxılış imtahanı fənlərinə hər hansı dəyişikliyin edilməsi müzakirə edilmir”.