Kremldən Kadırovun Ukraynaya getməsinə reaksiya 
    
                         
     
                         14.03.2022
 
    
                        Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovun Ukraynaya getməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Məncə, o, iddia etməyib ki, Ukraynada olub. Birbaşa bəyanatlar olmayıb, ona görə də sizdən xahiş edirəm ki, respublika rəhbərinin Çeçenistandakı administrasiyası ilə əlaqə saxlayasınız”, – Peskov bildirib.