19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uşak Universiteti Xocalı ilə bağlı konfrans keçirdi

14.03.2022

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Uşak Universitetinin Azərbaycan Mədəniyyətini Tanıtma Topluluğunun təşkil etdiyi "Qarabağ Zəfəri sonrası Xocalı soyqırımının dəyərləndirilməsi” adlı onlayn konfransda çıxış edib.

"Devran Media" xəbər verir ki, Komitə sədri gənclərdə tarix şüurunun güclənməsi baxımından bu cür tədbirlərin çox önəmli olduğunu vurğulayaraq, 30-cu ildönümündə Xocalı soyqırımı ilə bağlı mötəbər heyətli konfrans düzənləyən Uşak Universitetinə, konfransın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür” sözünü xatırladan Q.Paşayeva Qarabağ zəfərinin qazanılmasında Türkiyə-Azərbaycan həmrəyliyinin, Türkiyənin müharibənin ilk günündən verdiyi yüksək mənəvi, siyasi dəstəyin xüsusi rolu olduğunu bildirib:

"Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə yalnız Azərbaycan deyil, bütövlükdə Türk Dünyası çox böyük güc əldə etdi.

30 il öncə Xocalıda törədilən soyqırımda şəhid olan bütün soydaşlarımızı rəhmətlə anarkən, onların tək suçunun türk, müsəlman olmalarından qaynaqlandığını söyləməliyik. Sizcə, bir cocuğun, qız uşağının, yaxud ixtiyar qarı-qocanın nə təhlükəsi ola bilərdi? Onlar öz ev-eşiklərində yaşayan mülki insanlardı. Və o mülki insanların belə işgəncə ilə öldürülməsini normal məntiqlə, ağılla anlamaq mümkün deyil. Əlbəttə, konfransın adından da göründüyü kimi, tarixi Zəfərimizdən sonra Xocalı soyqırımı haqqında təskinliklə danışırıq. Qəhrəman Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı, Xocalının qisası döyüş meydanında alındı.

Bəli, biz Xocalıda soyqırıma uğramışıq və bu, bəşər tarixinin üz qarasıdır. Günahkarlar beynəlxalq məhkəmələrdə cəzalandırılmalı, soyqırım beynəlxalq hüquqi qiymət almalıdır.

Xocalı Soyqırımını heç vaxt unutmayacağıq. Umnutmayacağıq ki, bir də yaşanmasın!”

Qeyd edək ki, Uşak Universitetinin Yutub kanalından canlı yayınlanan tədbirdə Uşak Universiteti rektoru Əkrəm Savaş, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdət Ünüvar, Ankara Universiteti Dil və tarix, coğrafya fakültəsinin müəllimi Toğrul İsmayıl, Uşak Universiteti prorektoru Murad Mustafa Öntuğ, Azərbaycan Kültürünü Tanıtma Topluluğunun məsləhətçisi Naib Ələkbərov, tədqiqatçılar və tələbələr iştirak edib.