19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada videokartların qiyməti kəskin bahalaşdı

14.03.2022

Rusiyada mağaza və pərakəndə satış şəbəkələrində kompüterin digər avadanlıqları kimi, videokartların da qiyməti kəskin artıb. "NVIDIA GeForce RTX 3050” modelinin ən yeni versiyası əvvəl 25 min rubla (təxminən 377 manat) satılırdısa, indi 80-120 min (1.207-1.811 manat) arasında təklif olunur. RTX-3090 modelinin qiyməti isə 500 min rublu (7.665 manat) ötüb.

"DM" xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Məlumata görə, əvvəl də baha olan videokartların qiymətlərinin artması rublun dəyişkənliyi və daşınma problemlərilə bağlıdır. İndi ən sərfəli variantları reklam saytları və ya Çin onlayn mağazalarında özəl treyderlər təklif edir. Avropa bazarında da videokartların qiymətində artım müşahidə olunur. "AMD Radeon” qrafik kartlarının orta qiyməti 35% yüksəlib. "NVİDIA” videokartları isə öz növbəsində orta hesabla 41% bahalaşıb.