02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi hadisə baş verən ərazidə qalıb - FOTO

14.03.2022

 Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.

Bu barədə "Report”a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.

O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşlərini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:

"Artıq 10 gündür qardaşımgilin nəşləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa, elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.

Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.