02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ordusu Axtırkada yaşayış məntəqələrini vurdu: Mülki şəxslər həlak oldular

14.03.2022

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərində növbəti dəfə yaşayış məntəqələrini hədəf alıblar.

Bu barədə şəhər meri Pavel Kuzmenko məlumat verib.

Onun sözlərinə görə, rusiyalıların aviazərbələri nəticəsində yaşayış evləri dağılıb, azı üç sakin həlak olub:

"Gecə Axtırka şəhəri havadan bombardman edilib. Onlar özəl sektoru, yaşayış binalarını vurublar, burada azı 3 mülki şəxs həlak olub. Digərləri isə hələlik tapılmayıb”.

Kuzmenko vurğulayıb ki, Axtırka şəhərini bombalayan pilotlar dinc sakinləri öldürdüklərini başa düşməlidirlər.

Mer deyib ki, düşmən ordusu ruhdan düşüb, onlar irəlilədikləri bütün istiqamətlərdə məhv edilirlər. O həmçinin əlavə edib ki, "ruslar dinc əhalini bombalayır və bir millət olaraq bizi məhv etməyə çalışırlar”.

Mənbə: Segodnya