02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“MakDonalds” “bağlandı” dedi, ancaq Moskvada işləyir...

14.03.2022

"MakDonalds”ın Moskvanın mərkəzində yerləşən "Dobrıninskaya” metrostansiyası yaxınlığındakı restoranı fəaliyyətini davam etdirir.

"DM" xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, "MakDonalds” restoranlar şəbəkəsi bu gündən Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı 850 restoranını bağlayacağını elan etmişdi. Buna baxmayaraq, hazırda bəzi restoranlar işləyir, hətta evə çatdırılma xidməti də fəaliyyətdədir.

"MakDonalds”ın Rusiya şəbəkəsində ümumilikdə 100 minə yaxın işçi çalışır. İşçilərin hamısına orta aylıq əmək haqqı veriləcəyi vəd edilib. Eyni zamanda, müvəqqəti bağlanma müddətində icarədarlar qarşısında öhdəliyin yerinə yetiriləcəyi də bildirilib.