30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski NATO-ya xəbərdarlıq edib

14.03.2022

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib.

"DM" xəbər verir ki, o, Qərb dövlətlərindən Ukraynanın hava məkanını bağlamağı tələb edib.

"Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir”, - V.Zelenski bildirib.

O, keçən il NATO-ya etdiyi xəbərdarlığı xatırladıb: "Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. Biz haqlı idik. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq. Bu, an məsələsidir”.

Dövlət başçısı Ukraynanın ölkə tarixinin ən ağır sınağından keçdiyini və qələbəyə inandığını vurğulayıb: "Nümayəndə heyətimizin konkret vəzifəsi var- prezidentlər səviyyəsində görüşün baş tutmasını təmin etmək”.