30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident 3 fərman imzaladı

11.03.2022

Prezident İlham Əliyev "Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzlayıb.

"DM" fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636; 2015, № 5, maddə 520; 2018, № 5, maddə 928; 2021, № 6 (I kitab), maddə 567; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.2-ci yarımbəndə "vəsiqəsi” sözündən sonra "(bu Əsasnamənin 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:

"3.2.6. xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:

1. ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış.”.

3. Aşağıdakı məzmunda 3.2-1-ci yarımbənd əlavə edilsin:

"3.2-1. Bu Əsasnamənin 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş hallarda şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu verilir.”.

4. 3.16-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bununla əlaqədar bu Əsasnamənin 3.5-1-ci, 3.6-cı və 3.9-cu bəndlərinin tələbləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna da şamil olunur.”.

5. Həmin Əsasnaməyə 1 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.4-cü yarımbənd əlavə edilsin:

2.1.3.4. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)

6. Həmin Əsasnaməyə 2 nömrəli əlavəyə aşağıdakı məzmunda 2.1.3.5-ci və 2.1.3.6-cı yarımbəndlər əlavə edilsin:

2.1.3.5. Xarici ölkələrdə yaşayan

Azərbaycan Respublikası vətəndaşına

pasport ilk dəfə verildikdə

1. doğum haqqında şəhadətnamə

2. qan qrupu haqqında tibbi arayış

2.1.3.6. Ümumvətəndaş pasportu (xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu dəyişdirildikdə)

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 473; 2007, № 9, maddə 874) ilə təsdiq edilmiş "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”nin 4.9-cu bəndinin birinci abzasında "15” rəqəmləri "8” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 488-VIQD nömrəli Qanununun tətbiqi və "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində, 9-1.4-cü maddəsində, 12-ci maddəsinin ikinci hissəsində və 18-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 18-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində, 9-1.4-cü maddəsində, 12-ci maddəsinin ikinci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 488-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908; 2015, № 9, maddə 987; 2017, № 6, maddə 1097; 2019, № 5, maddə 840; 2021, № 6 (I kitab), maddə 578) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "hissəsinin ikinci cümləsində” sözləri "hissəsinin birinci cümləsində” sözləri ilə, "maddəsinin ikinci cümləsində” sözləri "maddəsində, 12-ci maddəsinin ikinci hissəsində” sözləri ilə əvəz edilsin və həmin bəndə "beşinci hissəsində” sözlərindən sonra ", 18-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:

"2.1-2. həmin Qanunun 18-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

3.3. 2.2-ci bənddən "8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində,” və "ikinci hissəsinin üçüncü cümləsində, üçüncü,” sözləri çıxarılsın;

3.4. 2.5-1-ci bənddə "hissəsinin ikinci cümləsində” sözləri "hissəsinin birinci cümləsində” sözləri ilə, "maddəsinin ikinci cümləsində” sözləri "maddəsində, 12-ci maddəsinin ikinci hissəsində” sözləri ilə əvəz edilsin.