30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

40 azərbaycanlı çətin durumda: “Moldovada stadionda qalırıq, çox soyuqdur”

11.03.2022

Hazırda Ukraynadan Moldovaya keçib Azərbaycana gəlməyi gözləyən yüzlərlə vətəndaşımız var. Onlardan biri də Sabirabad rayon sakini Telman Bayramovdur.

O, Moldovadakı vəziyyətlə bağlı Bakupost.az-a danışıb.

Bildirib ki, hər gün bir qisim insan Azərbaycana yola salınır:

"Martın 5-də Ukraynanın Sumı şəhərindən ailə üzvlərim və qohumlarımla birlikdə 15 nəfər Moldovaya keçdik. 6 gün yolda olduq, amma 3 gündür ki, Moldovanın Kişinyov şəhərində stadion kimi bir yerdə qalırıq. Düzdür, çox soyuqdur, amma qida ilə bağlı elə də çətinlik yoxdur. İndi 40-a yaxın azərbaycanlı var burada. Dünən 60-70 soydaşımız Vətənə yola salınıb. Hamını sıra ilə yola salırlar. Hər gün Azərbaycanın Moldovadakı səfiri özü gəlib maraqlanır. Martın 13-də ailəm təyyarə ilə Vətənə yola düşəcək, mən isə avtobusla gedəcəyəm. Buradan bizi avtobusla Rumıniya aeroportuna aparacaqlar, oradan isə Bakıya 3 gündən bir uçuş olur.

Təyyarə ilə yaşlılar, qadınlar, 5 yaşına qədər körpə uşaqlar üçün Azərbaycana uçuş biletinin pulu dövlətimiz tərəfindən ödənilir. Kişilər avtobusla gələrsə, adam başına 95 dollar ödəməlidirlər”.