03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Rusiya ilə müharibəyə görə verdiyi itkini açıqlayıb

11.03.2022

Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Rusiya ilə müharibəyə görə ölkənin 100 milyard dollar itirildiyini bildirib.

Ustenko qeyd edib ki, Ukraynadakı müəssisələrin 50 faizi müharibə səbəbi ilə fəaliyyət göstərmir. Qalan müəssisələr çətinliklə fəaliyyətlərinə davam edir.

O, Rusiyanın Ukraynaya hücumu ilə bağlı itkilərin dəyərinin ölkənin Ümumi Daxili Məhsulunun yarısını təşkil etdiyini bildirib.

Ustenko vurğulayıb ki, Rusiyanın xarici banklarda dondurulmuş aktivləri, o cümlədən Rusiya Mərkəzi Bankının ehtiyatları Ukraynanın yenidən qurulması üçün verilməlidir.

Mənbə: Anadolu