25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“NATO müharibəyə müdaxilə edə bilər”

11.03.2022


Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi iddiası iki gündür dünya mediasının manşetlərindən düşmür.

Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi kimyəvi silahların qırmızı xətt olduğuna diqqət çəkərək, belə bir vəziyyətdə NATO-nun münasibətinin dəyişə biləcəyini iddia edib.

Bu barədə o, "BBC Radio 4”ün "Today” proqramında açıqlayıb. Onun sözlərinə görə, belə halda NATO-nun müharibəyə müdaxiləsi baş tuta bilər.

"Müharibədə iştirak etməyəcəyini təkid edən NATO münaqişəyə müdaxilə etməli olarsa, müharibədə bütün balansların dəyişməsi mümkündür”, - deyə o qeyd edib.

Mənbə: Hürriyet