Rusiya bütün istiqamətlərdə hücum edir   
    
                         
     
                         10.03.2022
 
    
                        Ukrayna ordusu rus əsgərlərinin bütün istiqamətlərdə hücum cəhdlərinin qarşısını alır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən çalışır ki, əldə etdiyi mövqeləri saxlasın. Xüsusilə, Polesko istiqamətində işğalçılar Poleskoye, Kuxari, Borodyanka, Andreyevka, Motizin, Qoreniçi, Buça, Demidov yaşayış məntəqələrini nəzarətdə saxlamağa davam edir. İşğal olunmuş yaşayış məntəqələrinin evakuasiya edilmiş sakinləri adı altında düşmənin təxribat-kəşfiyyat qruplarının hazırlanıb Kiyevə daxil olması da istisna edilmir”, - məlumatda bildirilib.