Daha bir rus komandiri öldürüldü 
    
                         
     
                         10.03.2022
 
    
                        Bu gün Kiyevin Brovariski rayonu ərazisində gedən döyüşlərdə Rusiyanın 90-cı tank diviziyasının 6-cı alayının komandiri Andrey Zaxarov Ukrayna ordusu tərəfindən öldürülüb.
"Devran Media" xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin 2016-cı ildə Zaxarovu ordenlə təltif edib.