Qırğızıstan-Tacikistan sərhədində atışma baş verdi  
    
                          
     
                         10.03.2022
 
    
                        					Qırğızıstan-Tacikistan sərhədində silahlı insident baş verib.
"Devran Media" xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, bu gün saat 10:50 radələrində Tacikistan sərhəd dəstəsi Batken rayonunun Teskey ərazisində yeni sərhəd xəttini keçib və Qırğızıstan sərhədçilərindən ərazini tərk etmələrini tələb ediblər.
"Tacikistan sərhədçilərinin olduğu yerə əlavə qüvvələr gəlib. Sərhədçiləri say üstünlüyündən istifadə edərək yeni sərhədi keçməyə çalışıblar. Bu zaman təxminən 10 dəqiqə davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb. Hazırda sərhəddə sakitlikdir”, - qeyd olunur.
İlkin məlumatlara görə, Tacikistan tərəfdən yaralılar var.