28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada Rusiyanın qarşılaşdığı əsl sürpriz budur

10.03.2022

Ukraynadan sürətli qaçqın axınının istiqaməti ekspertlərin də diqqətini çəkib.

Ən son məlumatda Ukraynanı 2,1 milyon əhalinin tərk etdiyi bildirilir, bunun cəmi 100 minə yaxını Rusiyaya keçib və yaxud köçürülüb.

Bu məsələyə toxunan ReAL İH üzvü Natiq Cəfərli bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu ölkəni birdəfəlik itirməsi ilə nəticələnəcək:

"Ukrayna xalqı bu gün tək döyüş meydanında öz seçimini etmir, həm də "ayaqları” ilə də öz yolunu, yönümünü seçir. Ukraynanın şərqindən, Xarkovdan, Sumdan (Şərqi Ukraynada ən şiddətli döyüşlərin getdiyi bölgələrdir, Kreml o bölgələri "rusdilli”, "Rusiyaya meyilli” kimi görürdü, hətta Rusiya ordusunun oralarda gül-çiçəklə qarşılanacağına inanırdı) ölkənin Qərbinə, Lvov şəhərinə 1033 km, Avropa Birliyinin sərhəddinə isə 1100 km-dən də çox məsafə var; həmin şəhərlərdən, məsələn, Xarkovdan Rusiya sərhədinə yol isə cəmi 38 km-dir, hətta piyada da getmək olar. Amma xarkovlular 1000 km-dən çox məsafəni zülmlə, bombalar və təhlükələr altında qət edib Lvova, Avropa Birliyinə üz tuturlar. Ukraynanın şərqini 4 mln. nəfər Ukrayna vətəndaşı artıq tərk edib, onlardan 1,5 mln. nəfərdən çoxu AB ölkələrinə keçib (ümumən 2 mln. ukraynalılar AB ölkələrinə keçib, onlardan 1,5 mln. dan çoxu məhz Xarkov və Şərqi Ukraynadandır), yerdə qalanlar da Ukraynanın qərbində, Moskvanın "banderaçılar məkanı” saydığı şəhərlərə köçüb.

Yəni, bu gün Ukrayna əhalisi əsl "referendum” keçirir, öz yolunu-izini seçir, məhz bu Kremli qəzəbləndirir. Planları bu idi ki, Rusiya ordusu Şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılayacaq, müharibədən qaçan yüzminlərlə ukraynalı isə Rusiyaya gedəcək, Kreml də bundan istifadə edib, dünyaya, "ukraynalılar "faşistlərdən”, "banderaçılardan” qaçıb Rusiyaya sığınır” mesajı verəcəkdilər. Alınmadı, Ukrayna xalqı Rusiyanı seçmədi”.