09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tənha çoban qızın toyu oldu - FOTO

05.09.2018

Britaniyada "Tənha çoban qız" kimi tanınan 32 yaşlı Emma Qreyin toyu olub. O, 40 yaşlı yanğınsöndürən Evan İrvaynla ailə qurub.
"Dövran Media" Daily Mail-ə istinadən bildirir ki, Emma Qrey 9 il əvvəl, 23 yaşı olanda məşhurlaşmışdı.
Şotlandiyanın Roksburqşir qraflığındakı Houkik səmtində, mərhum atasından qalma fermada yaşayan Qrey tam tənha olduğunu, qoyun otarmaqdan həzz aldığını demişdi.
Daha sonra o, "Bir qız və onun iti" (One Girl and Her Dog) adlı kitab yazaraq daha da populyarlaşmışdı.
Nortumberlenddəki Fallouil Milli Parkının yaxınlığında 150 hektarlıq əraziyə malik ferması olan Emma Qrey "Britaniyanın ən gənc peşəkar qadın çobanı" titulunun da sahibəsidir.
O, habelə Nortumberlenddə keçirilən ənənəvi "Orthumberland Sheepdog Trials League" yarışında qalib gəlib. Emma bu yarışın 40 illik tarixində ilk qadın çempion idi.
"Çox bəxtəvərəm. Evdə qarıyıb qalmışdım. Ömrümün sonunadək tənha yaşayacağımı düşünürdüm", - Emma deyib.