05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdamdakı mövqelərimiz intensiv atəşə tutulub - VİDEO

10.03.2022

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan 28 dəfə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.