29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ölkə Azərbaycana 112 texnika verdi

05.09.2018

Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq  sazişi  çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) istismarına 112 adda yol texnikasi və maşın-mexanizmlər verilib.
Bu barədə AAYDA-dan verilən məlumatda bildirilib.
Bununla əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov və rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan respublikası Nazirlər Kabinetinin məsul şəxsləri iştirak ediblər.
Saleh Məmmədov Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib. Sədr yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutu olduğunu deyib və bu kimi texniki yardımların iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardığını əlavə edib.
Çinin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib.
Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının  ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua  imzalayıblar.