09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Bizə yeni, səriştəli işçilər lazımdır" - Azad Rəhimov

02.02.2018

"İqtisadiyyatımız inkişaf edir və belə olan halda, bizə yeni, səriştəli işçilər lazımdır".
Bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışında deyib.
Azərbaycanın idman ölkəsi kimi tanındığını söyləyən nazir bildirib ki, gənclərə imkan yaradılması üçün çox işlər görülür: "Bakı Şəhər Halqası çərçivəsində gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradılıb. Bu gün gənclər bilir ki, təhsil və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər".
A. Rəhimov qeyd edib ki, Azərbaycanda 2019-cu ildə Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı keçiriləcək: "2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etməyi planlaşdırırıq".
Forumda çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, Bakı Şəhər Halqası prosesi ərzində könüllülərin əldə etdiyi səriştələr onların inkişafı yolunda yeni imkanlar açacaq. Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini vurğulayıb: "Mənim vəzifəm ABŞ təmsilçisi olaraq buradakı zəif sahələrin müəyyən edilərək Azərbaycanın daha da inkişafına kömək etməkdir"./apa/
DM