02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Polşanın Kiyevə qırıcı verilməsi təklifini rədd etdi

09.03.2022

ABŞ Polşanın Sovet istehsalı olan hərbi təyyarələrin ABŞ vasitəsilə Kiyevə verilməsi təklifini rədd edib.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi deyib.

"Polşanın təklifi bizim üçün mümkün görünmür”, - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin ixtiyarında olan döyüş təyyarələrinin Almaniyadakı ABŞ və NATO bazalarından Ukraynaya göndərilməsi bütün alyansı narahat edir:

"Biz bu məsələ ilə bağlı Polşa və digər NATO müttəfiqlərimizlə məsləhətləşmələri davam etdiririk”.

Qeyd edək ki, Polşa arsenalında olan bütün MiQ-29 təyyarələrini (onların 28 ədəd olduğu deyilir – red.) Ukraynaya göndərilmək üçün təcili və pulsuz olaraq ABŞ-ın ixtiyarına verməyə hazır olduğunu bildirib. Burda məqsəd qırıcıların verilməsi məsuliyyətini ABŞ-ın daşımasıdır.

Bununla bərabər, Polşa "ikinci əl” NATO qırıcılarının alınması üçün danışıqlara başlamaq istəyini də ifadə edib.