29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentimiz Yaponiyanın baş diplomatı ilə görüşüb

05.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın Xarici İşlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Dövran Media" xəbər verir ki, Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib. Taro Kono Yaponiyanın "İtoçu” və "İnpeks” şirkətlərinin uzun illər "Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tiflis-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulayıb, AÇQ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd edib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Nazir daha sonra deyib ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlət başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğulayıb. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edib və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu deyib. Dövlət başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışılıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib.