29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

London Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi: Təyyarələr saxlanılacaq

09.03.2022

Böyük Britaniya Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edir.

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

London Rusiya təyyarələrinin uçuşlarına əvvəllər qoyulmuş qadağanı gücləndirib. İndi Rusiya ilə əlaqəli hər hansı bir təyyarənin Böyük Britaniya hava məkanına daxil olması cinayət məsuliyyəti yaradacaq. Britaniya hökuməti belə təyyarələri saxlaya biləcək.

Bundan əlavə, Böyük Britaniya Rusiyaya aviasiya və kosmik məhsulların və texnologiyaların ixracına qadağa qoyub.

"Biz Rusiya təyyarələrinin uçuşunu qadağan edən ilk ölkələrdən biri olduq. Bu gün biz onların Böyük Britaniyanın hava məkanında uçmasını cinayət hesab etməklə daha da irəli getmişik”, - deyə Böyük Britaniyanın Nəqliyyat Naziri Qrant Şepps bildirib.

Artıq Rusiya KİV-də Britaniyanın Rusiyaya məxsus təyyarəni saxladığı barədə məlumat yayılıb.

Mənbə: Meduza