29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UAR baş katibi: “Əsas hədəfin Kiev olduğu artıq bəllidir”

09.03.2022

Ukraynanın Nikolayev, Çerkası və Odessa şəhərlərindən əsasən avtobuslarla, Kievdən isə qatarlar vasitəsilə Ukrayna-Moldova sərhədinə, eləcə də qərb bölgələrinə insanların təxliyəsi həyata keçirilir.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib. 

O bildirib ki, bu günə qədər 15 mindən çox adamın təxliyəsinə köməklik göstərilib:

"Bir çox insanlar öz imkanları ilə təxliyə olunub. Dnepr, Çerkası Odessa vilayətlərində aktiv müharibə olmadığına görə çox soydaşımız hələ ki ölkədən çıxmaq istəmir. Müharibənin davam etdiyi Sumı, Çerniqov, Kiyev, Xerson, Xarkov, Nikolayev kimi şəhərlərdə də hər şeyə rəğmən qalan, mücadilə edən, soydaşlarımıza yardım edən, evlərini tərk etmək istəməyənlər çoxdur. Ümumi bir say deyə bilmərəm. Qərb vilayətlərində yaşayan soydaşlarımızın çoxu isə yerindədirlər. Müharibə davam edir. Əsas hədəfin Kiyev olduğu artıq bəllidir. İnşallah hər şey yaxşı olacaq”.