29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Latviyalı deputat Ukraynada döyüşməyə yollandı

09.03.2022

Latviya Seyminin (parlamentinin) deputatı, qanunvericilik məclisində hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə gedib.

Bu barədə Baltik Respublikasının ədliyyə naziri, eləcə də Ukraynaya gedən siyasətçinin üzvü olduğu Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans məlumat verib.

"Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, - deyə nazir bildirib. O, qeyd edib ki, bu qərarı partiya üzvü "yalnız şəxsi və mənəvi motivlər səbəbəindən” verib.

Yuraşsın deputat mandatını təhvil verib-verməyəcəyi hələ məlum deyil.

Çərşənbə axşamı o, Seymin hüquq komissiyasının iclasına məsafədən sədrlik edib.