06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.

07.03.2022

"DM" xəbər verir ki, S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub.

Yaradıcılığında tematik tablolar çəkmək üslubu başlıca yer tutmuş istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb.

S.Salamzadə Azərbaycan modernizminin nümayəndələrindən biridir. O, "Toxuculuq fabriki”, "Fermada qadın” əsərlərinin müəllifidir.

Rəssam dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb. Dünyanın bir sıra ölkələrində keçirilən fərdi sərgilərində çoxsaylı əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, S.Salamzadə 12 may 1997-ci ildə Bakı şəhərində vəfat edib.