09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nümayişlərdə 7 nəfər ölüb

05.09.2018

İraqın cənubunda yerləşən Bəsrə şəhərindəki nümayişlərdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 7 nəfər həyatını itirib.
Anadolu agentliyi xəbər verir ki, hadisələrdən sonra şəhərdə küçələrə çıxmaq qadağan edilib.
Bəsrədəki yerli mənbələrdən alınan məlumata görə, şəhərdə kommunal xidmət məhdudiyyəti səbəbindən başlayan aksiyalara təhlükəsizlik qüvvələri sərt şəkildə müdaxilə edib. Müdaxilə nəticəsində ölənlərlə yanaşı, 30-dan çox insan yaralanıb.
İraq neftinin təxminən yüzdə səksəninin çıxarıldığı Bəsrə vilayətində xalq iki aydır işsizlik, elektrik böhranı və dövlət xidmətlərində baş verən çatışmazlıqlar səbəbindən mitinqlər keçirir.