29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Terrorçu: Onlar Ərdoğanı öldürmək istəyirlər

04.09.2018

Venesuelalı terrorçu, Fələstin Qurtuluş Cəbhəsində yəhudilərə qarşı vuruşan İliç Ramirez Sançez (Çaqqal Karlos) növbəti dəfə inanılmaz iddialar irəli sürüb.
"Dövran Media" xəbər verir ki, Çaqqal Karlos Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın imperialistlərin hədəfində olduğunu bildirib.
"İmperialistlər hazırda Ərdoğanı aradan götürmək istəyir. Onlar məqsədlərini həyata keçirmək üçün yeganə yol kimi Ərdoğanı öldürməkdə görürlər. Bunu sınaqdan keçirəcəklər. Ərdoğan çox diqqətli olmalıdır”, - deyə Sançez bildirib.
Qeyd edək ki, 2007-ci ildən bəri həbsdə olan Sançez solçu görüşlərə sahibdir. O, ötən əsrin 80-ci illərində bir sıra Avropa ölkələrində törətdiyi teraktlarla məşhurluq qazanmışdı.