27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarkovda evə raket düşdü: Dörd azərbaycanlı həlak oldu

05.03.2022

"Dünən axşam saatlarında Xarkov vilayətinin raket atəşinə tutulması zamanı azərbaycanlı ailə həlak olub”.

Bunu Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

"Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində "Ləvəngi” adlı restoranı olub. Adı Emindir, xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”