27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın daha 2 kanalı Rusiyadan yayımını dayandırdı

05.03.2022

ABŞ-ın "CBS Nyus” və "ABC Nyus” telekanalları Rusiyadan yayımını dayandırıb.

Bu barədə teleşirkətlərin nümayəndələri bildirib.

"CBS Nyus” hazırda Rusiyadan xəbər yayımı etmir. Biz hadisələri KİV üçün yeni qanunlar əsasında izləyirik”, - məlumatda vurğulanıb.

"Rusiyada senzura haqqında yeni qanuna əsasən qərbin informasiya şəbəkələri bu ölkədən yayımı dayandırıb. Onlardan biri də "ABC Nyus” telekanalıdır”, - ABC-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın CNN teleşirkəti və "Blumberq” agentliyinin jurnalistləri də Rusiyadan yayımı dayandırdıqlarını bəyan ediblər.