Rusiya Ukraynadan tələblərini azaldır - Arestoviç 
    
                          
     
                         04.03.2022
 
    
                        Ruslar tədricən tələblərini azaldırlar.
Bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya ilə Ukrayna arasındakı danışıqlarla bağlı açıqlamasında deyib.
"Onlar denasifikasiya və digər tələblərdən danışmağı dayandırıblar. Neytral status haqqında danışmağa başladılar, amma bu mövzunu çox da açmadılar. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısının alınmasından getdi. Tələblərin azaldılması onu göstərir ki, Rusiya qarşıya qoyduğu siyasi məqsədə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşür”, - Arestoviç bildirib.