29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan maşınla Vətənə qayıdanların nəzərinə - Rəsmi

04.03.2022

Müharibə ilə əlaqədar şəxsi avtomobilləri ilə Ukraynanı tərk edən vətənadaşlarımız ölkəmizə geri qayıdırlar. Həmvətənlərimiz arasında Ukrayna vətəndaşı olanlar da var. Hazırda quru yollarının bağlı olduğunu nəzərə alsaq, onların şəxsi avtomobilləri ilə gömrükdən keçmələrində problem yaşana bilər.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov bildirib ki, Ukraynanı avtomobilləri ilə tərk edən vətəndaşlarımız gömrükdə heç bir problem yaşamayacaqlar.

"Mövcud fors-major hal nəzərə alınaraq, şəxsi avtomobilləri ilə Vətənə gələn soydaşlarımızın ölkəyə gəlişində problem olmayacaq. Belə ki, rezidentlərin xaricdə qeydiyyatda olan avtomobilləri ilə gəlişi zamanı onlara istisna hal kimi şərait yaradılacaq”, - qurum rəsmisi deyib.