29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əmək pensiyası alanların nəzərinə: Gələn ildən...

04.03.2022

Gələn ildən qulluq stajına görə əlavələr əmək pensiyaçılarının pensiyalarına daxil ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında əksini tapıb.

Sərəncamda qeyd edilib ki, Nazirlər Kabineti isə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan (2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım) maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.