29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhidimiz dəfn olundu

04.03.2022

Şəhidimiz Vüsal Vüqar oğlu Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və hərbçi yoldaşları iştirak edib.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmağa 3 ayı qalmışdı. O evin tək oğlu olub, bir bacısı var.

Xatırladaq ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!