03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna millətçilərinin əsas qrupları məhv edildi - Rusiya

04.03.2022

Ukrayna millətçilərinin əsas qrupları mühasirəyə alınıb və məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

"Diqqətinizi ona yönəldirik ki, Rusiya Silahlı Qüvvələri tərəfindən ukraynalı millətçilərin əsas qruplarının mühasirəyə alınması və məhv edilməsi fonunda Qərb ölkələri özəl hərbi şirkətlərlə müqaviləli hərbçilərin döyüş bölgələrinə göndərilməsini artırıb”, - o bildirib.

Rusiya MN rəsmisi vurğulayıb ki, bəzi ölkələr öz vətəndaşlarına Ukraynadakı döyüşlərdə iştirak etməyə rəsmən icazə veriblər.

O, bu addımları adekvat saymayıb, əcnəbi muzdluların hərbi əsirlər sayılmayacağı xəbərdarlığını edib və məzdluları döyüşməyə qərar verərkən "yaxşıca düşünməyə" səsləyib.

Qeyd edək ki, Ukrayna tərəfdə artıq əcnəbi legionlar da döyüşür.