05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskidən Rusiyaya mesaj: “Gedin xalqınızı evinizdə qoruyun”

03.03.2022

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarını Ukraynadan çıxmağa çağırıb.

Bu barədə o, "Facebook”da yeni videomüraciətində bildirib.

"Dəfələrlə bizi məhv etmək istədilər, amma bacarmadılar. Bizi yer üzündən silmək istədilər, amma bacarmadılar. Arxamızdan vurdular, amma biz ayaqlarımızın üstündə dayandıq. Onlar susmağımızı istədilər, amma bütün dünya bizi eşitdi. Biz o qədər çox şey yaşadıq ki, kimsə ukraynalıların qorxacağını və ya təslim olacağını düşünürsə, deməli, Ukrayna haqqında heç nə bilmir və onun burada işi yoxdur. Gedin rusdilli xalqınızı bütün dünyada yox, elə evinizdə qoruyun, orada da onlar heç də az deyillər, təxminən 150 milyondurlar” , - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna təslim olmayacaq.