19 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Rüstəm İmaməlini qəbul etdi

03.03.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm İmaməlini qəbul edib.

"DM" xəbər verir ki, Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlət başçısı özünün Tacikistan Prezidenti İmaməlla Rəhmanla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm İmaməli, ilk növbədə, Tacikistan Prezidenti İmaməli Rəhmanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Rüstəm İmaməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib.

Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İmaməli Rəhmana çatdırmağı xahiş edib.