29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya Rusiyaya etirazını bildirib

04.09.2018

Yaponiya hökuməti Kuril silsiləsinin cənubunda yerləşən adalarda II Dünya müharibəsinin başa çatması ilə əlaqədar keçirilən xatirə tədbirlərinə görə Rusiya tərəfinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa sentyabrın 4-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib.
"Rusiyanın dörd şimal adasında hərbi iştirakını artırması Yaponiyanın mövqeyi ilə üst-üstə düşmür. Müxtəlif vasitələrdən istifadə edərək buna etirazımızı bildiririk. Sentyabrın 3-də Yaponiyanın Moskvadakı səfirliyinin diplomatik kanalları vasitəsilə etirazımızı bildirmişik və qeyd etmişik ki, bu, yolverilməzdir”, - deyə Y.Suqa jurnalistin Kuril adalarında keçirilən tədbirlərlə əlaqədar Tokionun mövqeyi barədə sualını cavablandırarkən bildirib.
XX əsrin ortalarından başlayaraq Yaponiya və Rusiya İkinci Dünya müharibəsinin yekunları ilə əlaqədar sülh müqaviləsini imzalamaq üçün fasilələrlə məsləhətləşmələr aparırlar. Müqavilənin imzalanmasına əsas maneə Kuril adalarının cənubunda yerləşən adaların hansı ölkəyə məxsusluğu məsələsidir. İturup, Kunaşir, Şikotan və Yaponiyanın Habomai adlandırdığı Kiçik Kuril silsiləsinə daxil olan bir sıra adalar müharibənin yekunu olaraq SSRİ-nin tərkibinə daxil edilib. Lakin Tokio bu adaların Yaponiyaya məxsus olduğunu iddia edir. Rusiya tərəfi isə bildirir ki, beynəlxalq hüquqa əsasən rəsmi Moskvanın bu adalar üzərində suverenliyi heç bir şübhə doğurmur.