04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya sankiyalardan Bakı qazanacaq - Razuvayev

03.03.2022

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar MDB ölkələrinə əlavə pul qazanmağa imkan verəcək. Bu sanksiyalar, ilk növbədə, turizmə aiddir. Hazırda bir çox istiqamət rusiyalılar üçün bağlıdır. Və əlbəttə ki, rubl məzənnəsinin düşməsi xarici səfərləri daha bahalı edir. Ruslar dənizi çox sevir. Sanksiyalar Türkiyəyə aid deyil. Ancaq Azərbaycan əlavə alternativə çevirilə bilər.

Bu barədə  açıqlamasında rusiyalı iqtisadçı ekspert Aleksandr Razuvayev danışıb.

"Dünya brendlərinin əksəriyyəti Rusiyada öz nümayəndəliklərini bağlayır. Müvafiq olaraq, MDB ölkələri populyar brendlərin mallarının Rusiyaya təkrar ixracı ilə məşğul olacaq ki, bu da onlara yaxşı pul qazanmağa imkan verəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, dünya şirkətləri gəlirlərinin bir hissəsini itirəcəklərini çox yaxşı anlayır:

"Bundan əlavə, məhsul turizmi də var. Məsələn, müasir smartfon almaq üçün Bakıya və ya Daşkəndə getmək lazım olacaq. MDB ölkələrinin ticarət balansının necə dəyişəcəyini görmək maraqlı olacaq. Aydındır ki, dünya brendləri onlar üçün daha rahat olan MDB ölkələrində işləməyə üstünlük verəcəklər. Bura Cənubi Qafqaz və bütövlükdə MDB-nin xarici investorlara loyal yanaşan, yaxşı işgüzar iqlimə malik olan ölkələri aiddir. Azərbaycan bu parametrlərə görə birinci yerdədir. Üstəlik, Qərbin Rusiya neftinin və qazının istehlakını azaltmaq cəhdləri Azərbaycan neft və qazına əlavə tələbat yaradır. Hətta Rusiyanın təkrar ixracı da mümkündür”, - o qeyd edib.