02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna HHQ: “Rusiyanın üç təyyarəsi və iki helikopteri məhv edilib”

03.03.2022

Çərşənbə günü, martın 2-də Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının "Facebook” hesabında məlumat verilib.

"Martın 2-də "Su-24m” və "Su-25” döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində Rusiya hərbi texnikasının kolonlarını və canlı qüvvəsini məhv ediblər”, - deyə məlumatda qeyd olunur.

O cümlədən, gün ərzində zenit-raket bölmələrinin Rusiyaya məxsus üç təyyarəni və iki helikopteri məhv etdiyi bildirilir.

Bir gün əvvəl Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın iki "SU-35S” qırıcısını, martın 1-də isə 1 təyyarəsini, 1 helikopterini və bir neçə hərbi texnika kolonunu məhv edib.