28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rumıniyada qəzaya uğrayan qırıcını axtaran helikopter yerə çırpıldı

03.03.2022

Rumıniyada qəzaya uğrayan MiQ-21 qırıcısının ardınca onun axtarışlarına yollanan və eyni bölgədə qəzaya uğrayan "IAR-330 Puma” helikopterinin də qalıqları tapılıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, MiQ-21 qırıcısı ilə yerli vaxtla 20:03-də rabitə əlaqəsi itib, bundan sonra saat 20:21-də qırıcının axtarışı üçün "IAR-330 Puma” tipli helikopter göndərilib. Saat 20:44-də helikopterlə də əlaqə kəsilib.

Hazırda qırıcının pilotunun axtarışları davam edir. Helikopterdə olan yeddi əsgərin isə həlak olduğu bildirilir.

Qəzanın Ukraynanın Rusiya ordusunun nəzarətinə keçən Zmeynıy adasına 45 kilometr məsafədə baş verdiyi vurğulanır.

Mənbə: Anadolu