28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır

02.03.2022

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır.

Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

"Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Dördüncü paket üzərində işləyirik. Cümə günü Avropa İttifaqı xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə xüsusi görüşü olacaq”, - deyə o qeyd edib.

Şallenberq Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin artıq öz təsirini göstərdiyi qənaətindədir:

"Birjalar bağlanıb. Rubl xeyli ucuzlaşır. Avropa İttifaqı ilk dəfə əzələlərini nümayiş etdirdi”.

Avstriya xarici işlər nazirinin sözlərinə görə, yeni sanksiyalar böyük iş adamlarına təsir edəcək, xüsusi siyahılar hazırlanır:

"Növbəti əsas hədəf, belə demək mümkünsə, yuxarılar, oliqarxlar olacaq”.

Nazir başqa sanksiyaların ola biləcəyini də deyib, lakin təfərrüata varmayıb.

Mənbə: TASS