Düşmən texnikası Kiyevə bir az da yaxınlaşdı – Kliçko 
    
                          
     
                         02.03.2022
 
    
                        Rusiya ordusu Kiyevə doğru gəlir.
"DM" xəbər verir ki, bu sözləri Kiyev meri Vitali Kliçko deyib.
"Dostlar! Düşmən ordusunu paytaxta bir az da yaxınlaşdırıb. Gecə onlar Ağ Kilsəni atəşə tutdu, Qostomel və Buçda döyüşlər gedir. Biz Kiyevin müdafiəsinə hazırlaşırıq”, - o bildirib.
O, Kiyev sakinlərini dezinformasiyalara inanmamağa çağırıb:
"Düşmən çoxlu feyk yayır ki, ukraynalıların iradəsini sındırsın. Yalnız rəsmi məlumatlara inanın. Kiyev dözür və dözəcək. Biz döyüşəcəyik”, - Kliçko bildirib.