28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni Çernobıl yaşana bilər - FOTO

02.03.2022

Avropa yenidən nüvə fəlakətinin astanasındadır. Bu barədə sosial şəbəkələrdə həyəcan təbili çalınıb.

Belə ki, Ukraynada Avropanın ən böyük Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi Enerqodar şəhərinin görüntüləri paylaşılıb və bildirilir ki, bura döyüşə hazırlıq şəraitinə gətirilib.

Məlumatda AES-in Ukrayna Milli Qvardiyası tərəfindən qorunduğu vurğulanıb.

"Mərmilər reaktorun beton divarını yarıb keçə bilməsə də, AES-in təhlükəsizliyi üçün zəruri olan transformatorları, turbinləri və digər avadanlıqları mütləq zədələyəcək. Nəticədə Enerqodarda da Çernobıl və ya Fukusima AES-dəki kimi qəzalar baş verə bilər. Yeni Çernobıl üçün şərait yaratmayın! Radiasiya millət tanımaz, heç kimə aman verməz!”, - deyə xəbərdarlıq edilir və rusiyalı hərbçilərə Enerqodardan, həmçinin Zaporojye AES-dən yan keçmək tələb olunub


Mənbə: Seqodnya